Bia.Az

"3 Dövlət Bir Millət Mətbuat Konfransı" keçirilib - FOTOLAR

Siyasət
 19-12-2022, 22:00     171

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.

Musavat.com xəbər verir ki, səfər Şimali Kipr Türk Cümhuriyyətinin hakim siyasi partiyası olan Milli Birlik Partiyasının dəvəti ilə baş tutub. 
Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası, Azərbaycanın Yeni Azərbaycan Partiyası heyətlərinin iclasından sonra 3 partiya birlikdə mətbuat konfransı keçirib. 

Milli Birlik Partiyasının baş katibi Oğuzhan Hasipoğlu mətbuat konfransında etdiyi çıxışında ölkəyə gələn Numan Kurtulmuş və Tahir Budaqova təşəkkür edərək, günü “çox mənalı və əhəmiyyətli bir gün” kimi qiymətləndirib. O.Hasipoğlu üç iqtidar partiyalarının nümayəndələrinin şəhidlik ziyarətinə getdiklərini, eyni zamanda birgə toplantı keçirdiklərini bildirib. Hasipoğlu xüsusilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışında təcridin aradan qaldırılması və tanınması çağırışı ilə KKTC-nin türk dövlətlərinin təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsinin vacibliyinə diqqət çəkib.

Türkiyə və Azərbaycanın bu mərhələdə mühüm səylər göstərdiyini və bunun təqdirəlayiq olduğunu vurğulayan Hasipoğlu ölkə və partiya adından təşəkkürünü bildirib. UBP-nin məqsədinin KKTC-ni yaşatmaq olduğunu ifadə edən O.Hasipoğlu, "Biz artıq suveren bərabərlik və beynəlxalq bərabərlik tələb edirik, embarqoların qaldırılmasını istəyirik" deyib.

Bu günün tarixi bir gün olduğunu ifadə edən O.Hasipoğlu daha tez-tez bir araya gələcəklərini, qardaşlıq münasibətlərini inkişaf etdirəcəklərini bildirib.

O.Hasipoğlu səfərin onlara güc verdiyini vurğulayıb və təşəkkürünü bildirib.
 






скачать dle 12.1