Bia.Az

SSRİ-yə oxşar İTTİFAQ yaradılması ilə bağlı YENİ TƏKLİF

Siyasət
 19-12-2022, 21:57     176

Sovet İttifaqının mövcudluğunun keçmiş formatını köçürmək və onu “1922-ci ilin timsalında və bənzərində” yenidən yaratmağa dəyməz, amma postsovet məkanındakı ölkələri Avropa İttifaqı prinsipi ilə birləşdirmək olar.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, keçmiş SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov buna inanır.
“Biz Avropa İttifaqına yaxın olmağa çalışmalıyıq, buna əsas var - Avropa İttifaqı və onun orqanları. Aİ-nin prinsipinə görə, mən hesab edirəm ki, yeni şəraitdə postsovet məkanında dövlətlərin birliyi yenidən yaradıla bilər”, - o vurğulayıb.
Rıjkov əmindir ki, Sovet İttifaqının mövcudluğunun keçmiş formatını köçürməyə və onu “1922-ci ilin timsalında və bənzərində” yenidən yaratmağa dəyməz, çünki dövlət inkişaf edən, “qocalan və xəstələnən” “canlı orqanizm”dir”.
0-19-=2_1671451243.jpg (127 KB)
"Hər şey yerində durmamalı, hərəkət etməlidir”, - o əlavə edib.
Nikolay Rıjkovun 93 yaşı var. 1985-ci ildə SSRİ Nazirlər Sovetinin sədri təyin edilib. Bu vəzifədə o, xüsusilə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə qərargaha rəhbərlik edirdi. 1991-ci ildə təqaüdə çıxıb, Sov.İKP-dən RSFSR prezidentliyinə namizəd olub və səslərin 16 faizdən bir qədər çoxunu qazanaraq Boris Yeltsindən sonra ikinci olub.
1995 və 1999-cu illərdə Belqorod seçki dairəsindən Dövlət Dumasına deputat seçilib. 2003-cü ildən Belqorod vilayətinin senatorudur. 2021-ci ilin mart ayında Rıjkovun Federasiya Şurasını tərk edə biləcəyini bildirilib, lakin bu təsdiqlənməyib.скачать dle 12.1