Bia.Az

“Atabəy”in müəllifi bütün sazişləri ləğv etdi

Cəmiyyət
 19-12-2022, 10:44     182

İran kinosunun tanınmış azərbaycanlı aktrisası və rejissoru Niki Kərimi hər iki sahə üzrə fəaliyyəti ilə bağlı bütün müqavilələrini ləğv edib.

Kult.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Aktrisa “Qadın, Həyat, Azadlıq” afişasını və “Edam etmə” həştəqini paylaşaraq, neçə aydır İranda davam edən repressiyalara etiraz edib.
O, ümumxalq etirazlarını dəstəkləyərək, “Bəsdir... yorulduq, bezdik” yazıb.

Qeyd edək ki, Tehranda yaşayan Niki Kərimi Mərkəzi əyalətin Təfreş şəhərinin Xələc türklərindəndir. O, Azərbaycan türkcəsində çəkdiyi "Atabəy" filminə görə Güney azərbaycanlılar arasında ən çox sevilən aktrisa və rejissorlardan birinə çevrilib.скачать dle 12.1