Bia.Az

DAXİLİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Səbəbi açıqlandı

Siyasət
 17-12-2022, 12:37     193

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, general xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov isə Oruc Zalovun yerinə təyinat alıb.скачать dle 12.1