Bia.Az

SON DƏQİQƏ: Paşinyan ZƏNGƏZURA gəldi, Laçın toplantısı... – CANLI

Siyasət
 17-12-2022, 12:33     195

Ermənistanın hakim Vətəndaş Razılaşması partiyasının idarə heyəti bu gün İstisuda (Cermux) toplanacaq. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Laçın yolundakı vəziyyət də partiyanın planlarını dəyişməyib. Kollegiya iclasına baş nazir Nikol Paşinyan sədrlik edəcək.

“Hər kəs onun hazırkı vəziyyətlə bağlı nə deyəcəyini səbirsizliklə gözləyir. Axı o, parlamentdə həmkarları ilə qapalı iclasda artıq bir neçə bəyanatla çıxış edib”-məlumatda deyilir.

Ermənistan mediası Şuşadakı aksiyanın dağıldığını sevinc hissi ilə paylaşır. Belə ki, azərbaycanlı aksiyaçıların Xankəndi yolundan çadırları daşıdığı haqda məlumatlar yayılır. Belə ki, çadırların dəyişdirilərək daha iri və yağış keçirməyən çadırlarla əvəzlənməsi prosesini paylaşaraq Xankəndidə aksiyanın sona çatdığı təəssüratını yaratmağa çalışırlar.

Əslində özləri də nə baş verdiyini çox yaxşı müşahidə etsələr də, “təsəlli” xarakterli mətnlər əhali arasındakı çaşqınlığı azaltmaq üçündür. Belə ki, Ruben Vardanyanın da guya şəxsi təşəbbüsü ilə qazın verilişini bərpa etməsi və yolları açmağa çalışması Qarabağdakı erməni əhalinin sakitləşdirilməsinə hesablanıb. Çünki onlar da hesablayırlar ki, Qarabağdakı silahsız mülki əhali son ümid yeri kimi Bakıya üzlərini tuta bilərlər. Artıq Azərbaycan hökuməti bununla bağlı "Qaynar xətt" də yaradıb.

Aksiyaya gəlincə, bildirilir ki, aksiya yerinə daha böyük çadırlar aparılıb. belə ki, əvvəlki kiçik çadırlar yağış və qarlı havada iştirakçılar üçün daha səmərəli olan çadırlarla dəyişdirilir. Bu isə o deməkdir ki, aksiya uzunmüddətli olacaq. Vaxt keçdikcə şüarlar daha da radikallaşacaq və Rusiya Azərbaycanın mövqeyi ilə hesablaşmalı olacaq.

TV Musavat-ın saat 12:15-də “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Paşinyanın Zəngəzur səfərini ekspertlə müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
скачать dle 12.1