Bia.Az

“Humanitar yük", "tikinti materialı" adı altında Ermənistana silah-sursat ötürənlər…”- deputatdan Rusiyaya sərt etiraz

Siyasət
 16-12-2022, 01:06     170

“Azərbaycanın Ukraynaya transformator və generatorlar göndərməsi Rusiya XİN-dəkilərin xoşuna gəlməyib. İkinci Qarabağ savaşı öncəsi və sonra "humanitar yük", "tikinti materialı" adı altında Ermənistana silah-sursat ötürənlər görəsən hansı haqla Azərbaycanın Ukraynaya yardımından narazılıqlarını dilə gətirirlər?”

Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat ciddi arqumebtlərlə Rusiyanın yanaşmasının əsassız olduğunu vurğulayıb: “Onlar deyildi ən yüksək səviyyədə ukraynalılara rusların eyni xalq olduğunu deyən? Azərbaycan sizin "biz eyni xalqıq" dediyinizin üzləşdiyi humanitar fəlakəti görüb yardım əli uzadır. Burada "anlaşılmayan" nə var?

Anlaşılmayan odur ki, bir halda eyni xalqsınızsa, onda niyə Ukrayna şəhərlərinin altını üstünə çevirir, kritik infrastrukturu dağıdır, elektrik stansiyalarını sıradan çıxarır, qışın bu soyuğunda milyonlarla insanı donmaq təhlükəsi ilə üz-üzə qoyursunuz?”скачать dle 12.1