Bia.Az

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalana bilər” – Səfir açıqladı

Siyasət
 16-12-2022, 01:03     176

“Yaxın zamanlarda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş əldə oluna bilər. Hazırda bununla bağlı danışıqlar davam edir. Elə bu həftə də danışıqlarla əlaqədar yeni görüş keçirilib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.

"Hazırda danışıqlar üstün səviyyədədir, çox irəliləyib. Lakin bəzi məqamlarla bağlı razılaşmanın əldə olunması üçün müzakirələr davam edir. İnanıram ki, çox yaxın zamanda danışıqların tamamlanması və yeni sazişin əldə olunmasının şahidi olacağıq", – səfir belə deyib.

Aİ ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq Razılaşması üzrə danışıqlar 2017-ci ildən gedir. Prezidenti İlham Əliyev ötən ay deyirdi ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb.

"Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və, necə deyərlər, ilişib qaldığımız məsələlər var", – İlham Əliyev vurğulayıb.

Səfir vətəndaş cəmiyyətinin rolu və bu sahədəki problemlər haqda ayrıca danışıb. O bildirib ki, vətəndaş cəmiyyəti dayanıqlı inkişafı təmin edir.скачать dle 12.1