Bia.Az

Ombudsman və Milli Koordinator nə vaxt parlamentə hesabat verəcək? - GƏLİŞMƏ

Siyasət
 11-04-2020, 10:10     317

Ombudsman və Milli Koordinator nə vaxt parlamentə hesabat verəcək? - GƏLİŞMƏNə yeni Ombudsmanın, nə də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun (Daxili işlər nazirinin birinci müavininin) illik hesabat məruzələri İnsan hüquqları komitəsinə daxil olub.

bia.az-a bu haqda Milli Məclisin (MM) İnsan hüquqları komitəsindən bildirilib.

Qeyd edilib ki, hesabat məruzələri daxil olduqdan sonra komitənin müvafiq iclaslarında onların müzakirəsi keçiriləcək və sonda hər iki sənəd plenar iclaslara tövsiyə olunacaq.

Komitənin yaxın zamanlarda iclas(lar)ının keçirilib-keçirilməyəcəyinə gəlincə, hələlik bu barədə dəqiq məlumatın olmadığı da bildirilib.

Qeyd edək ki, Ombudsmanın illik hesabat məruzəsini yeni Ombudsaman Səbinə Əliyeva ( MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun həyatı yoldaşı), İnsan alverinə qarşı mübarəzə üzrə Milli Koordinatorun illik məlumatını isə çox güman ki, Daxili İşlər nazirinin birinci müavini təqdim edəcək.

Xatırladaq ki, uzun illər Milli Koordinator vəzifəsini icra etmiş Daxili İşlər nazirinin sabiq birinci müavini Vilayət Eyvazov ötən Daxili işlər naziri təyin edilib.

Bu səbəbdən də, onu bu dəfə başqa şəxs əvəzləməli olacaq.

Çox güman ki, bu dəfə illik məlumatı V. Eyvazovun yerinə Daxili işlər nazirinin birinci müavini təyin edilən şəxs təqdim edəcək.

Hesabatların plenar iclaslarda müzakirəsinə gəldikdə, onların aprelin sonlarında və ya may ayında baş tutacağı güman olunur.скачать dle 12.1