Bia.Az

Paşinyan sərsəmlədi: - "Xankəndidə 120 min erməni girov qalıb"

Siyasət
 15-12-2022, 14:14     187

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sərsəm bəyanat səsləndirib.  AzVision.az xəbər verir ki, hökumətin iclasında Laçın dəhlizi ilə bağlı yaranmış gərginliyə toxunan baş nazir Azərbaycanda yaşayan erməniləri girov kimi təqdim edib.

O, dezinformasiya yayaraq guya burada 120 min erməninin yaşadığını vurğulayıb: "Azərbaycanın Laçın dəhlizini bağlamasından sonra Qarabağın yüz mindən çox sakini "girov" statusunda qalıb".

Baş nazir qeyd edib ki, son günlər Qarabağda humanitar vəziyyət kəskin şəkildə pisləşib. Əvvəlcə Laçın dəhlizində nəqliyyatın hərəkəti, sonra isə qaz verilişi dayanıb. Nəticədə ermənilər sərbəst hərəkət edə bilmirlər, qış şəraitində mənzillərinin qızdırılması problemi ilə üzləşiblər və xeyli insan yollarda qalıb.

O, şişirdilmiş rəqəmlər səsləndirərək deyib ki, təhsil müəssisələrində qazın kəsilməsi səbəbindən guya 22 minə yaxın uşaq təhsil almaq imkanından məhrum olub.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində heç 40 min erməni yaşamır.
скачать dle 12.1