Arxiv

Oxunub:82 / 13 noy 09:16siyaset

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi



İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi













Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

AZTB.info Azərtac-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".