Bia.Az

Vardanyan Rusiyadan qaçdı, Qarabağa gəldi ki... - Petrov

Siyasət
 15-12-2022, 13:29     167

Qarabağda azərbaycanlı ekofəalların etiraz aksiyaları davam edir. Gəlin, aksiya barədə faktlara və yayılan saxta məlumatlara diqqət edək. Etirazların kökündə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada qanunsuz mədən işlərinin aparılması dayanır. Söhbət ilk növbədə Qızılbulaq qızıl yatağının və Dəmirli mis-molibden yatağının talanmasından gedir. Yük maşınlarının nəzarətsiz olaraq Laçın yolu ilə bu yataqlardan çıxarılan filizi Ermənistana daşıdığı qeydə alınıb. Əvvəllər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki digər yataqlar kimi (Qarabağ dağları və Şərqi Zəngəzur faydalı qazıntılarla zəngindir – red.), bu yataqlar da ermənilər tərəfindən qanunsuz şəkildə xarici şirkətlərə ötürülür. Ermənistan ordusunun Qarabağ müharibəsində məğlubiyyətindən və İrəvanın təslim olmasından sonra Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadəsinə son qoyuldu. Vəziyyət yalnız bu payızda, erməni milyarder Ruben Vardanyan Qarabağda görünəndən sonra dəyişdi. Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün Rusiya vətəndaşlığından imtina edərək Ermənistana qaçıb. Lakin bununla da kifayətlənməyərək, Qarabağda məhv olmaqda olan separatçı layihənin canlandırılmasında erməni millətçilərinə kömək edəcəklərini vəd edərək Xankəndiyə köçüb. O, Laçın yolu ilə Azərbaycan sərhədini qanunsuz keçib. Məhz Vardanyan rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonada qızıl və mis-molibden filizinin çıxarılmasını və onun Ermənistanın sənaye obyektlərinə daşınmasını təşkil edir.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
“Etirazların səbəbinə gəlincə, Azərbaycanın ekologiyasına və iqtisadiyyatına ziyan vurulur, əmanətlərin talanması faktları qeydə alınır. Artıq dəymiş ziyanı dəqiq müəyyənləşdirmək, təqsirkarları məsuliyyətə cəlb etmək lazımdır. Sülhməramlıların komandanlığı və Azərbaycan rəsmi qurumlarının nümayəndələrinin razılaşdırdığı monitorinq Vardanyan və tərədarlarına görə baş tutmadı. Buna görə də ekofəallar azərbaycanlı mütəxəssislərin Qızılbulaq və Dəmirliyə çıxışını tələb etmək üçün Laçın yolunda aksiya təşkil ediblər.
Üçtərəfli bəyanatına əsasən, Azərbaycan vətəndaşların və nəqliyyatın Laçın yolu ilə hərəkətinin təhlükəsizliyinə təminat verib. Diqqət: hər kəsin yox, təkcə Qarabağ ermənilərinin, yəni Azərbaycan ərazisində yaşamaq hüququ olan insanların keçidinə. Lakin Ermənistanın əhalisi, rəhbərliyi və hərbi qulluqçuları da bu yoldan maneəsiz şəkildə keçir. Başqa ölkələrin vətəndaşları, hətta Fransa siyasətçiləri də istədikləri vaxt Xankəndiyə gedirlər. Bu ilin payızında Ruben Vardanyanın da Laçın yolu ilə keçidiyi məlum oldu. Onun Azərbaycana gəlmək hüququ yoxdur - o, Qarabağ ermənisi deyil. İki ildir ki, Laçın yolu ilə Qarabağa silah daşınır. Əgər əvvəl yalnız atıcı silah keçirirdisə, sonra erməni qanunsuz silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya bitişik əraziyə minalar da daşındı. Və son aylarda Xankəndiyə hətta ağır silahların gətirildiyi də məlumdur. Ermənistan Azərbaycandan bütün qoşunlarını çıxarmağı öhdəsinə götürsə də, əvəzində Laçın yolundan istifadə edərək Qarabağdakı hərbi mövcudluğunu gücləndirir. Və əks istiqamətdə Azərbaycanın təbii sərvətləri talan olunur. Buna görə də fəallar Rusiya sülhməramlılarının rəhbərliyi ilə, daha dəqiq desək, general-mayor Andrey Volkovla Laçın yolu ilə insanların və yüklərin daşınmasına daha ciddi nəzarətin yaradılmasının zəruriliyi ilə bağlı danışıqlar aparılmasını tələb edirlər. Volkov bu yaxınlarda Azərbaycanın girişində “mini-gömrük”ün təşkilindən danışıb, lakin hazırda bu prosesin hansı vəziyyətdə olduğu və Azərbaycan gömrükçülərinin, vətəndaşların və nəqliyyatın yoxlanılmasında iştirak edib-etməyəcəyi bəlli deyil. Üçtərəfli bəyanat Laçın yolunda Azərbaycan keçid məntəqəsinin quraşdırılmasını qadağan etmir, çünki bu, Qarabağ ermənilərinin həm Xankəndiyə, həm də Ermənistana çıxışına heç bir şəkildə mane olmayacaq. Əksinə, belə bir keçid məntəqəsi Azərbaycanın zəmanət verdiyi Laçın yolunda təhlükəsizliyi tam təmin etməyə imkan verəcək, çünki artıq oradan silah və xarici vətəndaşlar daşınmayacaq. Bu iki problemin kəsişməsində üçüncü tələb var - Laçın yolu ilə Qarabağa qanunsuz daxil olan, Azərbaycan əmlakını talayan və müvəqqəti dislokasiya zonasında nəzarətsiz mədən çıxararaq Azərbaycanın ekologiyasına zərər vuran Vardanyanın Azərbaycandan deportasiyası”, - o bildirib.
Petrov qeyd edib ki, aksiyada yalnız mülki şəxslər iştirak edir:
“Etiraz aksiyası dinc xarakter daşıyır. Burada yalnız mülki şəxslər iştirak edir. Onlar Rusiya sülhməramlılarına qarşı güc tətbiq etməyə çalışmırlar və yalnız Andrey Volkovla danışıqlar aparmaq, ekoloqlar və “AzerGold” ekspertlərinin Qızılbulaq və Dəmirliyə çıxışı tələblərini səsləndirirlər. Etirazçılar mülki nəqliyyatın Xankəndiyə və Ermənistana keçməsinə heç bir maneə törətmirlər. Hazırda Laçın yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.
Ermənistanda və digər ölkələrdə antiazərbaycan agentləri bu faktları saxtakarlıqla öldürməyə çalışırlar. Əsas saxtakarlıq ondan ibarətdir ki, guya Azərbaycan Laçın yolunun qarşısını kəsib. Laçın yolu faktiki olaraq bağlıdır, amma Azərbaycan qüvvələri tərəfindən deyil. Xankəndinin girişini isə rus sülhməramlıları bağlayıb. Və Ermənistan hakimiyyəti sərhəddə Azərbaycana girişi bağlayıb.
Növbəti saxta məlumat gəlir - guya 120 min Qarabağ ermənisi blokadada qalıb. Əslində Qarabağda hətta müharibə zamanı belə böyük əhali yox idi və Ermənistanın təslim olmasından və işğalçı qoşunların çıxarılmasından sonra onlardan çox az sayda insan qalmışdı. Hazırda təqribən 30-35 min insan Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı zonadadır və onların yarısına qədəri qanunsuz silahlı birləşmələrin üzvləridir.
Bir gün əvvəl daha bir saxtakarlıq - Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonaya qazın verilişini kəsməsi barədə məlumat yayılıb. Etiraz aksiyasında yalnız vətəndaş fəalları iştirak edir. Onların da nə Qarabağ ermənilərinə problem yaratmağa ehtiyacı var, nə də buna imkanı. Aksiya Qarabağ əhalisinə qarşı deyil, Azərbaycanın ətraf mühitinə və əmlakına ziyan vurmağa və Laçın yolu ilə nəzarətsiz hərəkətə qarşı yönəlib.
ABŞ, AB və Fransa hakimiyyətlərinin bəyanatlarından da göründüyü kimi, Qərb antiazərbaycan saxtakarlıq fabrikinə qoşulub. Qərb dövlətlərinin və strukturlarının rəsmi nümayəndələri eyni vaxtda Azərbaycandan Laçın yolu ilə hərəkəti bərpa etməyi tələb edirlər. Bu bəyanatlar ya Qərbin vəziyyəti anlamadığını, ya da kənar oyunçuların Qarabağdakı vəziyyətin qəbuledilməz olduğunu dəstəklədiyini göstərir. Aydın deyil ki, Vaşinqton, Paris və Brüssel Bakıdan konkret nə istəyir - Xankəndi yaxınlığında Laçın yolunu bağlayan rus sülhməramlılara qarşı güc tətbiq etmək, yoxsa Ermənistanla sərhəddə Laçın yolunun girişini nəzarətə götürmək?”скачать dle 12.1