Bia.Az

Sülhməramlılar müharibəni təbliğ edir - Video

Siyasət
 15-12-2022, 13:24     164

Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları səhər saatlarında Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə səsgücləndiricilər gətiriblər. Onlar bir neçə rus musiqisi səsləndiriblər. Azərbaycanlı ekofəallar da vətənpərvər musiqi və Azərbaycan dövlət himini ilə cavab veriblər.

Kult.az xəbər verir ki, bundan sonra rus sülhməramlılar musiqi səsləndirməyi dayandırıblar.
Sülhməramlıların səsləndirdikləri musiqilər arasında daha çox diqqəti “Slavyanka ilə vidalaşma” (марш "Прощание славянки" – red.) hərbi marşı çəkib.
Sözügedən marş 1912-ci ildə Tambovda yerləşən 7-ci ehtiyat süvari alayının qərargah trubaçısı Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsi (1912-1913) hadisələri təəssüratı ilə yazılıb. Mahiyyət etibarı ilə bu, müharibə, hərbi xidmət və ya uzun səfərə əsgərləri yola salarkən vidalaşmanı simvolizə edən milli yürüşdür. Marş Rusiyadan kənarda Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının ən tanınan “musiqi simvolları”ndan biridir.
скачать dle 12.1