Arxiv

Oxunub:54 / 13 noy 05:22dunya

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var — FOTO + VİDEO



İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var — FOTO + VİDEO














İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.

“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə mənbə bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.

***
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.