Bia.Az

“9 NOYABR SAZİŞİNƏ GÖRƏ QARABAĞ AZƏRBAYCANINDIR” – Ermənistanın sabiq Baş Qərargah rəisi

Dünya
 14-12-2022, 20:45     168

“Xankəndi-Gorus yolunun bağlanması 9 noyabr (10 noyabr-red.) sazişinin reallaşdırılmasıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq Baş Qərargah rəisi general Movses Akopyan erməni mətbuatına açıqlamasında söyləyib.

Erməni general bildirib ki, 2020-ci il 10 noyabr razılaşması Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb, ona görə də Xankəndi-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanmasına təbii baxmaq lazımdır: “Vəziyyət həyəcanlıdır, lakin fikrimcə, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim Ermənistan tərəfi ilə hesablaşmır, o cümlədən qismən “artsax hakimiyyəti” də. Burada 9 noyabrda imzalanmış sənəd öz sözünü deyir. Həmin sənədə görə “artsax” Azərbaycanın tərkib hissəsidir. Lakin hər şeyi dəyişmək mümkündür. Mən deyə bilmərəm ki, kim və necə buna nail ola bilər...”

Akopyan əlavə edib ki, hazırda ermənilərin səyləri mənasızdır və qondarma qurum rəhbərliyinin Xankəndi-Gorus yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını tələb etməsi də heç bir nəticə verməyəcək.
скачать dle 12.1