Bia.Az

Hansı Səfər Mehdiyevə inanaq? - Danışanamı, yoxsa hərəkətdə olanamı?

Gündəm
 10-04-2020, 17:40     376

Hansı Səfər Mehdiyevə inanaq? - Danışanamı, yoxsa hərəkətdə olanamı?
Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xalası oğlu, Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevlə bağlı məlumatlar ölkə gündəmini məşğul etdi. Xatırladaq ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb. bia.az-ın xəbərinə görə, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən "Cərimə meydançası”nda saxlanır.

Hansı Səfər Mehdiyevə inanaq? - Danışanamı, yoxsa hərəkətdə olanamı?

Bir neçə gün əvvəl isə bu qəzaya Səfər Mehdiyevin reaksiya verdiyi haqda yerli KİV-də informasiya yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Dövlət Gömrük Komitəsinin sədri yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş dost-doğma xalası oğluna - Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib. Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi.

Hansı Səfər Mehdiyevə inanaq? - Danışanamı, yoxsa hərəkətdə olanamı?

Axin.az bildirir ki, bunu elə Səfər Mehdiyevin əvvəllər nümayiş etdirdiyi tövrlərinə söykənərək də iddia etmək olardı. Yəni verilən cəza, göztərilən qiymət heç də adekvat olmayıb və Vüsal Nuriyevin bu şəkildə - yüngülcə tənbeh olunmasında ŞƏRT kimi çıxış edən faktor onun Səfər Mehdiyevin qohumu olması məamıdır.

İndi isə çox da uzaq olmayan keçmişə ekskurs edək...

“Əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək”.

axin.az xatırladır ki, bu sözləri Səfər Mehdiyev keçən ilin sentyabrında Real TV-yə müsahibəsində deyib. O, hətta əlavə olaraq onu da bildirmişdi ki, əgər neqativ hallar varsa, məsələnin həlini məhkəmələrdən almaq olar, nəinki sosial şəbəkələrdən...

İndi isə qayıdaq bu günümüzə...

Ortada iki Səfər Mehdiyev var. Biri eninə-uzununa ağzından pafos tökülərək xoşagələn kəlamları bir-birinin ardına düzən Səfər Mehdiyev, digəri isə real əməldə hətta öz yaxın qohumunu belə layiqincə cəzalandıra bilməyən Səfər Mehdiyev...

Hər halda bu məqam belə yetərlidir ki, DGK rəhbərliyinə yenidən əl gəzdirilsin. Çünki Səfər Mehdiyev heç də yaxşı nümunə deyil və onun davranışları ilə yalnız neqativləri artırmaq olar.

Mövzu diqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunan məqamlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...скачать dle 12.1