Arxiv

Oxunub:62 / 08 noy 07:55Texnologiya

Rusiyalı uşaq Marsda anadan olduğunu iddia etdi — ŞOK FAKTLAR



Rusiyalı uşaq Marsda anadan olduğunu iddia etdi — ŞOK FAKTLAR














Rusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşağın iddiaları elm adamlarının marağına səbəb olub.
"Ölkə.Az" xəbər verir ki, Boriska anadan olmadan əvvəl Marsda yaşadığını iddia edib. Uşağın iddiası və kosmos barədə verdiyi məlumatlar elm adamlarının beynində sual işarəsi yaradıb.

Uşağın anası bildirib ki, Boriska anadan olduqdan 2 həftə sonra başını qaldırıb, 1 neçə ay sonra isə danışmağa başlayıb. 1.5 yaşında isə oxuyur, rəsm çəkirmiş.

Ailənin iddiasına əsasən, ibtidai sinifə başlayanda müəllimlər də uşağın fitri istedadı olduğunu bildiriblər. Boriska çox yaxşı yazı yazır və xarici dilləri asanlıqla öyrənir. Ailə uşağa heç vaxt kosmosdan bəhs etməsə də, Boriska tez-tez Mars, planetlər və yadplanetlilərdən danışırmış.
Boriska nüvə faciəsi yaşayan və müharibədən dağılan Marsda anadan olduğunu iddia edir. Onun sözlərinə görə Qırmızı planetin sakinləri karbondioksidlə nəfəs alır və yerin altında yaşayırlar. Marslılar planetlərarası səfərə çıxa bilirlər.

Boriska deyib: "Misirdəki Sfinks heykəli açılanda bütün bəşəriyyətin həyatı dəyişəcək. Tam olaraq açarın yerini xatırlamıram. Amma qulağının arxasında açılma mexanizmi olmalıdır".