Bia.Az

“Birdəfəlik yardım üçün ayrılan 70 milyon manat 150 milyon manatadək artırılmalıdır” - TƏKLİF

Cəmiyyət
 10-04-2020, 18:00     330

“Birdəfəlik yardım üçün ayrılan 70 milyon manat 150 milyon manatadək artırılmalıdır” - TƏKLİF“Hökümət Milli Məclisdə hesabat verib. Baş nazirin təqdimatında diqqətimi çəkən məqamlardan birinə münasibətimi sizinlə bölüşmək istərdim. Hesabatda qeyd olunur ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olmuş, onlardan 4938,5 min nəfərini ya 95,2 faizini məşğul əhali təşkil edib. Hesabat ilində ölkədə işsizliyin səviyyəsi 4,8 faiz olub. Bu, o deməkdir ki, 1 yanvar 2020-ci il tarixinə hökümətin rəsmi etiraf etdiyi işsizlərin sayı 250 min nəfərdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib.

“Gerçək işsizlik 250 min də deyil”

Q. İbadoğlu sual edir ki, belə olan halda nədən birdəfəlik yardım 200 min nəfər üçün nəzərdə tutulub: “Əslində, hazırda işsizlərin sayı azalmayıb, artıb. Gerçək işsizlik 250 min də deyil, çünki son 1 ayda işini itirənlərin sayı sürətlə çoxalıb. Bu isə o deməkdir ki, hökümət son 3 ayda yaranan işsizləri də nəzərə alıb, ayırdığı birdəfəlik yardımı 200 min deyil, ən azı 300-500 min nəfər arasında bölüşdürülməlidir. Bunun üçün də birdəfəlik yardım üçün ayrılan 70 milyon manatdan 150 milyon manatadək artırılmalıdır”.

Q. İbadoğlu onu da qeyd edib ki, 200 min nəfərə 190 manat birdəfəlik yardımı 2 ay ödəmək üçün 70 milyon manat deyil, 76 milyon manat lazımdır: “Hətta bu məbləğdən də 6 milyon manat kəsən, hökümətdən onu 80 milyon manat artırıb, 150 milyon manatadək çatdıracağını gözləməyə dəyərmi?”скачать dle 12.1