Bia.Az

SON DƏQİQƏ! ABŞ bu addıma görə ağır bədəl ödəyəcək - İLK GÖRÜNTÜLƏR

Dünya
 10-12-2022, 18:21     192

Xəbər verdiyimiz kimi, ABŞ “Ölüm taciri” ləqəbli rus silah qaçaqmalçısı, 25 il həbsə məhkum edilən Viktor Butu məhbus mübadiləsi çərçivəsində azadlığa buraxıb.

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Sergey Markov mübadilə barəsində “Putin Baydenə qalib gəldi” şərhini verib.
Hərbi kəşfiyyatın əsas fiqurlarından sayılan Butun qarşılığında Bayden administrasiyası Rusiyada 10 aydır həbsdə olan 32 yaşlı basketbolçu Britni Qrinerin azadlığa buraxılmasını təmin edə bilib.
2018-ci ildən həbsdə olan ABŞ əsgəri Pol Uilanın azadlığa çıxa bilmədiyini nəzərə alsaq, iki ölkə arasında mübadilə Rusiyanın böyük qələbəsi kimi şərh edilə bilər.
63941e1c4e3fe019c4ad87ea.jpg (42 KB)
Abu Dabi hava limanında baş tutan mübadilə
Musavat.com "NY Post"a istinadən xəbər verir ki, ABŞ mediası və siyasətçilərinin Bayden administrasiyasını tənqid etdiyi bir vaxtda Butun tutulmasında əsas rol oynayan şəxsdən diqqətçəkən açıqlama gəlib.
İllər əvvəl "Ölüm taciri"nin ədalət qarşısında cavab verməsində mühüm rol oynamış Tom Pasquarello ABŞ-ın bu addım üçün ağır bədəl ödəyəcəyini deyib.
“Dünyanın hər hansı bir yerində silah sövdələşmələri aparmaq potensialına malik olan insanın məhbus mübadiləsi çərçivəsində azad edildiyinə inana bilmirəm. Bu adam dünyada hamıdan çox qırğınlarda və iğtişaşlarda iştirak edib və biz onun üçün heç iki adamı geri almadıq. Bu necə bazarlıqdır?" - Pasquarello etiraz edib.
63941dbf4e3fe019c4ad87e8.jpg (29 KB)
Viktor But Rusiyaya qayıdır
Qeyd edək ki, Tom Pasquarello ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin 2008-ci ildə Viktor Butun tutulması əməliyyatına rəhbərlik edib. O, Taylandda Butu küncə sıxışdırarkən və ona "Oyun bitdi" deyib.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsində 28 ildən çox işlədikdən sonra 2011-ci ildə təqaüdə çıxan Pasquarello bildirib ki, ABŞ Butu azad etməklə Rusiyaya güzəştə getdiyi barədə qorxunc mesaj verir.
Musavat.com bildirir ki, "Ölüm taciri"ndən də azadlığa buraxıldıqdan sonra ilk açıqlama gəlib.
"Qərb Sovet İttifaqının dağılmağa başladığı 1990-cı illərdə bizi bitirə bilmədiyinə inanır. İndi edəcəyimiz şey heç kimə təslim olmamaq və heç kimdən asılı olmadan yaşamaq və xalqımızın inkişafıdır. Bu qərb üçün qəbuledilməzdir" - Viktor But deyib.скачать dle 12.1