Arxiv

Oxunub:20 / 08 noy 06:21Texnologiya

Dünyanın sonu bu tarixdə olacaq: Alov topuna dönüşüb... — Hokinqdən qorxunc proqnoz



Dünyanın sonu bu tarixdə olacaq: Alov topuna dönüşüb... — Hokinqdən qorxunc proqnoz













Bəşəriyyət 2600-cü ilə qədər məhv olacaq.
AZTB.info xəbər verir ki, bu barədə ingilis fiziki Stiven Hokinq Pekində keçirilən Tencent WE sammitinin iştirakçıları ilə videobağlantı zamanı bildirib. Onun sözlərinə görə, buna səbəb Yerin həddindən artıq yüklənməsidir.

Stiven Hokinqin fikrincə, insanların sayının çoxalması və enerji istifadəsinin artması səbəbindən Yer kürəsi alov topuna dönəcək. Bununla da, Yerdə həddindən artıq istilənmə baş verəcək və canlıların yaşaması mümkünsüz olacaq.
Stiven Hokinq çıxış yolunu insanların yaşaya biləcəyi başqa planetin kəşf edilməsində görür. Alimin fikrincə, insanlar yaşayışı milyon il də uzatmaq istəyirlərsə, bu zaman alternativ planet kəşf etməlidirlər. Hokinq bununla əlaqədar “Breakthrough Starshot” dəstəkləməyə çağırıb. Onun fikrincə, insanlar bunun sayəsində işıq sürətilə hərəkət edərək ulduzlara 20 il ərzində çata bilərlər.