Bia.Az

Sumqayıt - Quba yolunda əsl FAHİŞƏXANA - Vasifin "Qızlar bulağı"ından ŞOK VİDE-REPORTAJ

Sosial
 9-12-2022, 15:44     323

Sumqayıtda son dövrlər əxlaqsızlıq yuvalarının sayı artıb. 

Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm Sumqayıtda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.

Bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdı. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Sumqayıtda fəaliyyət göstərən və əxlaqsızlıq yuvasına çevrilən məkanlardan biri barədə gedir…

BİA.az-a daxil olan məlumata görə, bu qəbildən olan Sumqayıt - Quba yolu "Nasosnu" deyilən ərazidə yerləşən "Qızlar bulağı" əsl fahişəxanadır. Bu əxlaqsızlıq yuvasına Vasif adlı şəxs rəhbərlik edir. Pritonu isə qardaşı Namiq işlədir. Bildirilir ki, Vasif daha yüngül və əziyyətsiz qazanc vəd edən bar-kafe biznesinə coxdan başlayıb. Tədricən bu sahədə zəngin təcrübə əldə edən bu "iş adamı" qısa müddət ərzində bu peşəsində ciddi “uğurlar” ortaya qoyur.

Mənbənin sözlərinə görə, hazırda əyyaşlıq yuvası hesab edilən bu məkanda yaxın keçmişdə bir sıra ciddi qanun pozuntuları baş verib ki, bu da hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub. Lakin bütün baş verənlərə rəğmən hələ də sahiblik etdiyi bu məkanı öz bildiyi şəkildə idarə edən, şəxsi maraqları naminə gənc nəslin əxlaq və tərbiyəsinə zərbə vuran Vasif bu gün də priton biznesini ciddi-cəhdlə genişləndirməkdədir.


Görünür, şəhər rəhbərliyinin və Sumqayıt Polis İdarəsinin “Qızlar bulagı"nın fəaliyyətindən xəbəri yoxdur. Odur ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəsmiləri şıdırğı insan alveri gedən əxlaqsızlıq yuvalarında təcili reydlər keçirib qanunsuz iş görən şəxsləri cəzalandırmalıdır.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

скачать dle 12.1