Bia.Az

Moskvada ticarət mərkəzində dəhşətli yanğın - Video

Dünya
 9-12-2022, 10:56     177

Moskva vilayətinin Leninqrad şossesində “MEGA Ximki” ticarət mərkəzində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğının sahəsi 7 min kvadratmetrdir. Ticarət mərkəzində partlayış da baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası hazır vəziyyətə gətirilib.
Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur.

***

“MEGA Ximki” ticarət mərkəzində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.скачать dle 12.1