Bia.Az

Xeyriyyəçi şirkət rəhbəri, gözəl insan və əsl Vətən daşı - Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani

Cəmiyyət
 8-12-2022, 14:50     891

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

Tayqa Ticarət şirkəti ərzaq, meyvə, təsərrüfat mallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Şirkət öz məhsullarını münasib qiymətə satmaqla yanaşı yüksək xidmət və keyfiyyətə önəm verir. Tayqa Ticarət şirkəti hazırda topdan satış sahəsində müxtəlif dərəcəli restoran, otel, mağaza və s. istehsal müəssisələri ilə əməkdaşlıq edir, sifariş olunmuş malları operativ olaraq müştərilərin ünvanlarına təmənnasız çatdırır. Bunu da xüsusilə qeyd etmək istərdik ki, bu şirkətin fəaliyyət sahəsində tütün və spirtli içkilər satılmır.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani Vətənə ləyaqət nümunəsi sayılacaq iş adamlarındandır.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının bəzilərinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən iş adamlarındandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Hacı Xəqanini yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Hacı Xəqani ilə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqaninin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Hacı Xəqaninin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqanini tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Paytaxtda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən şirkət rəhbəri, gözəl insan və əsl Vətən daşı!

İki ay öncə müsavat.com-un əməkdaşlarından biri Bakı sakinləri arasında maraqlı sorğu keçirmişdi. O, Hacı Zeynalabdin Tağıyevi nümunə göstərərək, camaatdan soruşur ki, çağdaş dövrümüzdə də xeyriyyəçilik edən şəxslər tanıyırlarmı, bu haqda eşidiblərmi? Cəmi bir neçə adam bildirir ki, hazırda xeyriyyəçiliklə məşğul olan şəxslər var. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təhsil sahəsində, müalicəyə ehtiyacı olan şəxslərə dəstək verilməsində rolu böyükdür və bu qurumun adını bir neçə nəfər çəkdi. Əksəriyyət isə konkret ad çəkə bilmədi. Hətta bir çoxları xeyriyyəçilərin olmadığını iddia etdilər.

Bu, ilk növbədə onun göstəricisidir ki, əksər vətəndaşlar media ilə maraqlanmırlar. Nədən ki, xeyriyyə işləri görən şəxslər barədə mətbuatda daim məlumatlar olur. Görünən budur ki, insanlar əsasən bu məsələdə pessimistdir. Bəlkə də bu o səbəbdəndir ki, Azərbaycanda xeyli sayda geniş imkanlara malik şəxslər olsa da, onların əksəri vəsaitlərini fərdi, biznes maraqlarına sərf edir; restoranlar, şadlıq evləri tikir və s. Amma bu təbiidir, hər kəs öz pulunu necə xərcləməyi özü müəyyən edir və buna müdaxilə etmək də doğru sayılmaz. Xeyriyyəçilik isə təkcə imkan məsələsi deyil! Bu missiyadır, xarakterdir, hətta bir çox hallarda genetik ənənədir. Əlbəttə, gerçək xeyriyyəçilər hansısa işi onlara əl çalınması, reklam edilməsi üçün görmürlər. Bunu Heydər Əliyev Fondunun nümunəsində də görmək mümkündür. Həm Fond, həm də digər bir çox xeyriyyəçilər fərdi qaydada göstərdikləri köməkliklərin açıqlanmamasını xahiş edirlər, yəni təmənna güdmürlər… “Balıq bilməsə də Xaliq bilir”…

Amma ortada bir reallıq da var: Xeyriyyəçiləri xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, onların adı tarixə yazılmalıdır, sabahkı nəsil də təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edir…

Bu gün Hacı Zeynalabdinin ruhuna dualar oxumağımıza, adını fəxrlə çəkməyimizə səbəb əsasən onun məktəblər inşa etdirməsidir. Böyük mənada mesenatlıq fərdi qaydada kiməsə əl tutmaq da deyil. Fərdi köməkliklər daha çox ictimai yardımlaşmadır. Məsələn, heç şübhəsiz ki, zamanında Zeynalabdin bəy yüzlərlə kasıb, ehtiyacı olan insanlara əl tutub. Amma bu gün onlar xatırlanmır, məhz onun təhsil sahəsində gördüyü işlər, su kəmərləri çəkdirməsi kimi savab əməlləri tarixə yazılıb.
Müasir dövrümüzdə də məktəblər tikdirən, onlarla yaşayış məntəqəsinə su çəkdirən, təhsil təqaüdləri verən xeyriyyəçi insanlar var. Əlbəttə, onlar bunu gözə girmək üçün deyil, hansısa təmənna ilə etmədiklərindən geniş piarları da aparılmır. Ancaq əksər vətəndaşlarımızın “daha xeyriyyəçilik ənənəsi yoxdur, elə insanlar qalmayıb” kimi pessimist düşüncələrdən azad olması, insanlarımızın məlumatlı, ən əsas, bu günümüzə, sabahımıza inamlı olması üçün Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqaninin də bu sahədə gördüyü xeyirxah işləri qeyd etməyə ehtiyac duydum. Bu adamın əliacıqlıgı, alicənablıgı vəsəxavəti barədə saatlarla danışmaq, yazmaq olar. Fakt odur ki, Hacı Xəqani əməli saleh adamdır. Bütün ömrünü insanların rifahı işinə sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

P.S
"Məlum olduğu kimi, Şuşa, Kəlbəcər, Laçın istiqamətində erməni hərbçilərin özbaşınalığı, xüsusilə sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın "Düşmən sülhə gəlməzsə, "Dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Belə ki, Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu. Bax, budur «Dəmir yumruğ»un və Güclü Azərbaycan Ordusunun gücü, qüdrəti.“

Bu sözləri BİA.az-a müsahibəsində Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani söyləyib.

Paytaxt ziyalısı deyib: "Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Və işğalçı və təcavüzkar Ermənistan bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə, ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Belə ki, sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə, bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. Ancaq bütün bunlara baxmayaraq Ermənistan sülh sazişi bağlamaq məcburiyyətində qalacaq.Çünki 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaq.Göründüyü kimi, Paşinyan Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxmışdı. O, birmənalı deyib ki, Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək. Elə sentyabrın 13-də keçirilən parlament iclasındakı çıxışında da N.Paşinyan bənzər təxribatçı mövqedən çıxış edib. Digər bir fakt isə, bir neçə gün əvvəl Paşinyan ilin sonunadək sülh anlaşmasının imzalana biləcəyini anons etmişdi. Bir sözlə, son təxribatçı mövqelər isə Paşinyanın əsl sifətini göstərdi. Və Ermənistan tərəfi, o cümlədən başıpozuq revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, iki il öncə militarist Ermənistanın təcavüzkar ordusunu məhv etmiş Güclü, Müzəffər bir Ordu dayanır. Ona görə bu dövlət reallıqlarla barışmalı, bu kimi təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidir. Çünki bu, onların yeganə xilas yoludur. Və Ermənistan bir daha bilməlidir ki, bütün təxribatların cavabını verməyə həmişə hazırıq, «Dəmir yumruq» da yerindədir.”.

BİA.az
скачать dle 12.1