Bia.Az

Deyəsən, DÖVLƏT UNUDUB: Qəbələdə belə bir kənd də var... - Sakinlər GİLEY EDİR

Fakt
 7-12-2022, 13:03     226

Qəbələ rayonu Xırxatala kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz Qəbələ rayonu Xırxatala kənd sakinləri qazsızlığa və elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik.Həmçinin elektrik dirəklərinin olmamasına görə həyatımız ciddi təhlükə altında olsada aidiyyatı orqanlar buna diqqət yetirmirlər.


Xırxatala kəndinin 1500 təsərüfatı var.Kənd rayon mərkəzindən təxminən 4 km aralıda yerləşsədə indiyə qədər qaz xətti çəkilməyib.Buna görə elektrik enerjisindən çox istifadə edilir.Evlərimizi elektrik cihazları ilə qızdırır.Elektrik enerjisi çox zəif gecdə verilir lampalar sanki közərir.


Kəndin elektirik dirəkləri yoxdur buna görə ağaclardan elektrik dirəkləri düzəltmişik.Bunlar isə tez-tez aşır ki, həyatımız təhlükə altında qalıb.Həttda dirəklər aşıb mal-qaramızı tok vurub öldürmüşdü. Bu mənzərəni təqdim etdiyimz videoda baxıb görəndə təcüblənməyin.Sanki Xırxatala kəndi dövlətin yadından çıxıb.


Problemin aradan qaldırlması üçün kənd sakinləri dəfələrlə Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin və Qəbələ Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olsaqda heç bir tədbir görməyiblər.


Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Cənab Prezident xahiş edirik Xırxatala kəndinə qaz xəttinin çəkilməsinə, elektrik dirəklərinin tətbiq edilməsinə köməklik göstərəsiniz".

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı qurum və şəxsləri dinləməyə hazırıq...

скачать dle 12.1