Bia.Az

Ter-Petrosyan dedi, eşitmədilər, bəlkə Xaçikyanı eşidələr...

Siyasət
 4-12-2022, 16:08     208

Ermənilərin mif və xülyalarla yaşayan, “möhtəşəm hərbi qələbələr”lə dolu saxta tarixə ürəkdən inanan, hətta dinlərinin belə xristianlığa az dəxli olan bir tayfa olduğu çoxdan məlumdur. Əfsus ki, onların total yalanlarını bir-bir üzlərinə vurmağın da çox zaman faydası olmur. Nədəni bəlli: gör neçə-neçə nəsil bələkdən qəbrə kimi uydurma tarixlə böyüyüb! Böyüyür.

Ancaq başqa çarələri yox. Əks halda, geydirmə tarixə, “Böyük Ermənistan” xülyasına görə qonşulardan “dəmir qapaz”lar yeməyə davam edəcəklər. Ta ki, ağıllanadək. Seçsinlər...
Məsələ də ondadır ki, əgər ermənilərin tarixə dəxli olmayan tarixlərində qonşu millətlərə qarşı sərsəm və axmaq iddialar yer almasaydı, onlara fikir verməyə dəyməzdi. Amma və lakin üstəlik, irqçi və nasist dünya görüşünü təbliğ edən erməni faşist ideologiyası bölgənin bütün xalqlarına, regional sülhə və əməkdaşlığa real təhlükə və təhdid mənbəyi olaraq qalır.
Odur ki, tez-tez residiv verən bu ağır “mərəz”in daşıyıcılarını təcrid eləmək bölgə ölkələri və xalqları üçün xüsusən də üçün son bir əsrdə əsl imperativə çevrilib. Ya da erməni toplumu özü bu bəladan qurtulmalıdır. Lakin hansı xəstə özü-özünü sağaldır ki. Vacibdir ki, təcrübəli bir həkim işə qarışa, xəstə isə müalicə olunmağa razılaşa, müqavimət göstərməyə.
Elə problem də ondadır ki, artıq “diaqnoz”u dəqiq qoyulan erməni cəmiyyəti sağalmaq istəmir. Üçüncü yandan Fransa, Rusiya kimi “erməni kartı” ilə fitnə-fəsad yayan dövlətlər qoymur. Yəni “həkim”lərin özlərinin də əslində “müalicə”yə ehtiyac var...
O səbəbə vaxtaşırı zopaya ehtiyac yaranır. Hərçənd öz “xəstəliyini” etiraf edən və sağalmağa çalışan haylar da var. Misal üçün, eks-prezident Levon Ter-Petrosyan 44 günlük müharibədən sonra soydaşlarına müraciətlə dedi ki, artıq “dənizdən dənizə”, “ölkədən ölkəyə Ermənistan” mifini unutmaq lazımdır, Qarabağ məsələsi bitib, yenidən müharibəyə tuş gəlmək istəmiriksə, Azərbaycan və Türkiyə ilə dil tapmaq gərəkdir. Ancaq onu çoxluq məsxərəyə qoydu. 1998-ci ildəki kimi.
Yaxud beynəlxalq münasibətlər üzrə erməni ekspert Artur Xaçikyan. Dünən yerli mediaya açıqlamasında o deyib: “Fransa parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamə sadəcə, gözəl bir jestdir. Bunun kifayət qədər ciddi mənəvi-etik və bəlkə də siyasi əhəmiyyəti var, amma başqa heç nəyi yoxdur”.
Erməni ekspert həmin qətnamənin hansısa real dəyişikliyə gətirməyəcəyinə əmindir. Bunu isə ən əvvəl onunla əsaslandırıb ki, artıq Fransa XİN-i sənədin rəsmi Parisin xarici siyasətini əks etdirmədiyini bəyan edib.
“Bir sözlə, bu qərarla və Fransa prezidenti Emmanuel Makronun gözəl çıxışı ilə bağlı bizdə birdən-birə baş qaldıran ümidlənmə yalnız təbəssüm və gülüş doğurur. Buz yenə də sadəlövhlük nümayiş etdirdik. Ümumiyyətlə, biz çox sadəlövh xalqıq, çünki real əməllərlə mənəvi qələbələrin fərqini anlamaq istəmirik. Biz mənəvi qələbələri həddən artıq sevirik”, - Xaçikyan bildirib.
Onun sözlərinə görə, Fransa bütünlüklə Ermənistan tərəfdə olsa belə, Avropa onu dəstəkləməyəcək. “Böyük Britaniya Azərbaycanı qələbə münasibətilə təbrik edib. Almaniya da dəstəkləməyəcək. Onlar Ukraynaya müəyyən silahlar verməyə hazırdır, Ermənistana isə yox. Təəssüf ki, Fransa da bizi silahla təmin etməyə hazır deyil”, - Xaçikyan əlavə edib.
Bəli, ermənilər sadəlövhdür. Ancaq ondan da çox yalanı, riyanı, mifləri sevən, özü haqda yüksək fikirdə olan təkəbbürlü və fanatik millətdir. Ter-Petrosyan iki dəfə dedi, eşitmədilər, bəlkə Xaçikyanı eşidələr...
 
Z.SƏFƏROĞLU,
Musavat.com
скачать dle 12.1