Bia.Az

Abbas Lisani həbsxanada koronavirusa yoluxa bilər - HƏYƏCAN

Siyasət
 10-04-2020, 13:46     293

Abbas Lisani həbsxanada koronavirusa yoluxa bilər - HƏYƏCANTanınmış güney azərbaycanlı milli fəal Abbas Lisaninin saxlandığı həbsxanada saxlanma şəraitindən narazılıq var. Bu barədə məlumatı Cebhe.info-ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı verib. Onun sözlərinə görə, həbsxananın 7-ci bölməsini məhbusları 8-ci bölməni bufet, salon, telefon və digər imkanlardan istifadə edir. Ona görə də 7-ci bölmənin məhbusları, o cümlədən Abbas Lisaninin koronaviris infeksiyası təhlükəsi ilə üz-üzə qaldığı nigaranlığa səbəb olub.
Bundan əvvəl Ərdəbil həbsxanasının “Səlamət” və 1-ci bölmələri koronavirus xəstələri olduğuna görə karantınə alınıb. 7-ci bölümdə də koronavirus xəstələrinin olduğuna dair məlumatlar var.
Lətif Həsəni və Məhəməd Əbdulməhəmmədzadənin saxlandığı Rəcayişəhr və Təbriz zindanlarından da koronavirus təhlükəsi ilə bağlı oxşar xəbərlər gəlir.
Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq rejim hələ də bir çox siyasi məhbus və təhlükəsiz ittihamlara görə həbs edilən məhbusları məzuniyyətə buraxmaqdan imtina edir.скачать dle 12.1