Bia.Az

Rusiya çıxılmaz vəziyyətdə: ümidi onlara qalıb

Dünya
 4-12-2022, 02:16     195

“Rusiya müəyyən növ silahlarından, eləcə də bu il istehsal edilən raketlərin strateji ehtiyatlarından istifadə etməyə başlayıb”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.

O, həmçinin Rusiya raketlərinin bəzilərinin birbaşa konveyerdən açılaraq istifadə olunduğunu qeyd edib: “Onların ömrü nə qədərdir - çox şey istehsaldan asılıdır. Bəli, müharibədən əvvəlki dövrlə müqayisədə bu, aşağı düşüb. Amma təəssüflər olsun ki, Rusiya iqtisadi sanksiyalardan yayındığı üçün hələ də müəyyən sayda qanadlı raketlər istehsal edə bilir”.

Ukrayna kəşfiyyatının məlumatına görə, iki aydır Rusiya Belarusdan 122 mm, 152 mm-lik artilleriya sursatları gətirir. Bundan başqa, ruslar digər ölkələrlə “Smerç” və “Uraqan” tipli reaktiv raket qurğuları üçün sursat tədarükü ilə bağlı danışıqlar aparırlar.

Rusiya həmçinin İranla ballistik raket ehtiyatlarının təmin edilməsi ilə bağlı müzakirələri davam etdirir.скачать dle 12.1