Bia.Az

Ramzan Kadırova müxalif bloger yoxa çıxdı - Öldürüldüyündən şübhələnirlər

Dünya
 3-12-2022, 02:31     1 210

İsveçdə yaşayan çeçen müxalifətçi bloger Tumso Abduraxmanovla bir gündən çoxdur ki, əlaqə saxlamaq mümkün deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun qətli ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb. Jurnalistlər dəfələrlə həm Tumsonun özü, həm də qardaşı Məhəmməd Abduraxmanovla əlaqə saxlamağa cəhd etsələr də, heç bir nəticəsi olmayıb.
Avropada yerləşən Çeçen “Vayfond” insan haqları təşkilatı da iki qardaşın harada olması barədə məlumatlara malik deyil. Tumso Abduraxmanovun teleqram kanalında sonuncu qeydi noyabrın 30-da dərc olunub. İsveç polisinin cinayət xəbərlərində Abdurahmanovun qətli barədə məlumat verilmir.

Avropa Çeçen Assambleyasının mətbuat katibi Şamil Albakov bununla bağlı çıxan xəbərləri şayiə adlandırıb.
Tumso Abdurahmanov çeçen müxalifətçi blogerdir. Videolarında o, Çeçenistanda insan haqlarının pozulmasından və yerli hakimiyyət orqanlarının digər sui-istifadələrindən danışır, çeçen müxalifət fəalları və respublika rəhbəri Ramzan Kadırovun tənqidçiləri ilə müsahibələr dərc edir. 2010-cu illərin ortalarında Kadırovun qohumlarından biri ilə münaqişədən sonra Abduraxmanov Çeçenistanı və Rusiyanı tərk edib. 2021-ci ildə o, İsveçdən siyasi sığınacaq alıb.

2020-ci ilin fevralında Tumso Abdurahmanova İsveçdəki mənzilində sui-qəsdə cəhd edilib. Bloger ona hücum edəni tərksilah etməyə və polisə verməyə müvəffəq olub. Cinayətin konkret sifarişçiləri müəyyən edilməsə də, prokuror məhkəmədə “izlərin Qroznıya çıxdığını” söyləyib.
Tumso Abdurahmanova hücumla bağlı məhkəmə hökmü çıxarıldıqdan sonra Almaniyada qardaşı Məhəmmədə qarşı sui-qəsdin qarşısı alınıb. Hüquq müdafiəçisinin sözlərinə görə, onun qətlinin təşkili Ramzan Kadırovun yaxın qohumu olduğu deyilən Paruddi Edelgeriyevə həvalə edilib.скачать dle 12.1