Bia.Az

Novruzov Naxçıvanla bağlı danışanları təhqir etdi

Siyasət
 2-12-2022, 19:26     678

Bir çox adam özünü yuyulmamış çömçə kimi ortaya atmağa çalışır. Naxçıvan həssas bölgədir. Erməninin və digərlərinin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir. Unutmayaq ki, Naxçıvan daim dövlətin, prezidentin arxasındadır. Orada yaşayan insanlar da sədaqətlidirlər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, burada siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur:

“Hüquq-mühafizə orqanları Azərbaycanın bütün regionlarında yoxlama aparır. Harada korrupsiya faktları var, qətiyyətlə qarşısı alınır. Yəni yoxlama aparılmasının sırf Naxçıvana şamil edilməsi məsələsi yoxdur. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır”.
скачать dle 12.1