Bia.Az

RUS ORDUSU NİYƏ İRƏLİLƏYƏ BİLMİR? - Britaniya kəşfiyyatı açıqladı

Dünya
 2-12-2022, 15:10     539

Artıq 6 aydan çoxdur ki, Ukraynadakı Rusiya qoşunları hər hansı iri və əhəmiyyətli yaşayış məntəqəsini, yaxud nəinki strateji, heç olmasa taktiki əhəmiyyət daşıyan mövqeni ələ keçirə bilməyib. Heç bir ciddi irəliləyiş yoxdur. Əksinə, əvvəlcə Xarkov vilayəti, sonra isə Xersonda geri çəkilməli olan “dünyanın ikinci ordusu” olduqca acınacaqlı və miskin təsir bağışlayır. Ukraynanın dinc şəhərlərinin raket atəşinə tutulması və ölkənin enerji infrastrukturunu sıradan çıxararaq əhalini qış fəslində işıqsız, susuz, istiliksiz qoymaq cəhdləri də məhz cəbhədəki uğursuzluqları kompensasiya etmək üçün atılan addımlardan biridir

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat icmalında Ukraynadakı rus qoşunlarının heç cür irəliləyə bilməməsinin səbəbləri açıqalnıb. 

Həmin materialda göstərilir ki, rus ordusunun uğursuzluğunun səbəbləri kifayət qədər çox olsa da, hazırda onların içərisində ən aktual olanı zəif logistika səbəbindən yaranan mərmi və silah-sursat çatışmazlığıdır: “Logistika problemlərinin güclənməsi səbəbindən artan silah-sursat çatışmazlığı Rusiyanın Ukraynada hücum əməliyyatlarını bərpa etmə potensialını məhdudlaşdıran əsas faktorlardan biridir”.

Böyük Britaniya kəşfiyyatı hesab edir ki, rus qoşunlarının Xersondan çəkilməsi nəticəsində Ukrayna Ordusu üçün rus ordusunun buradakı logistika xətləri daha əlçatan olub və onları daimi atəş nəzarəti altında saxlamaq imkanı yaranıb: “Bu təhlükə Rusiya logistika bölmələrini öz təchizat qovşaqlarını şərqə və cənuba doğru daha uzaq məsafələrə çəkməyə vadar edib”. Hesabatda qeyd olunur ki, nəticədə silah-sursatın cəbhəyə çatdırılması üçün onların dəmir yollarından yük avtomobillərinə yüklənməsi və uzaq məsafələrə daşınması olduqca çətinləşir. Nəqliyyat xətlərinin Ukrayna tərəfindən mütəmadi olaraq vurulması isə bəzən bunu ümumiyyətlə mümkünsüz edir.
Kəşfiyyat onu da əlavə edir ki, hazırda rus ordusunun Donetsk vilayətinin Uqledar və Pavlovka şəhərləri istiqamətində həyata keçirmək istədiyi hücum əməliyyatları heç bir nəticə vermir: “Həmin istiqamətdə ağır döyüşlər getsə də, çətin ki, Rusiya Federasiyası operativ irəliləyişə nail olsun”.скачать dle 12.1