Bia.Az

Əgər Rusiya bu iki dövlətlə birləşsə... - Solovyov

Dünya
 2-12-2022, 15:03     411

Rusiya hazırda özünə yeni müttəfiqlər seçməlidir. Ukrayna məsələsi bitəcək, Polşa məsələsi ortaya çıxacaq. ABŞ-ın əsas ideyası reallaşmayana qədər Rusiya Ağ Evin hədəfində olacaq. Amerikanın əsas ideyası isə Rusiyanı yox etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.


“İndi bizimlə ciddi hərbi əlaqədə olan Çin və İran lazımi dərəcədə dəstək göstərir. Bir həftədə 10 agır tonnajlı hərbi təyyarə Çindən Rusiyaya gəlir. İran PUA-lar ilə Rusiya ordusunu təmin edir. Bu iki ölkə anlayır ki, Rusiyadan sonra ABŞ onlara keçəcək. Ona görə də indidən işlərini möhkəm tutmağı planlaşdırırlar. Rusiya, Çin və İran ittifaqı yaradılsa, bu, ABŞ hegimoniyasına son qoyacaq. ABŞ məhv ediləcək”, - deyə o qeyd edib.скачать dle 12.1