Bia.Az

Bu icra başçıları narkotik plantasiyaları salıb - BU NƏDİ BELƏ!

Cəmiyyət
 1-12-2022, 22:57     987

Azərbaycanda elə rayonlar var ki, icra başçıları narkotik plantasiyaları salıblar. Mən bunu bölgələrdə apardığımız monitorinqlərə, araşdırmalara əsasən deyirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün keçirilən "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, keçirdiyi monitorinqlərin nəticələrini müvafiq dövlət qurumlarına təqdim edəcək:


Amma çox maraqlıdır, həmin rayonlarda hüquq-mühafizə orqanları o narkotik plantasiyalarından doğrudanmı xəbərsizdir? DİN nümayəndələri bizimlə regionlara getsinlər, biz onlara o plantasiyaları göstərə bilərik. Quru sərhədlərimiz bağlıdır. Narkotik vasitələri Azərbaycana necə gətirilir?"
Novella Cəfəroğlu xüsusən cənub rayonlarında vəziyyətin həddən artıq ağır olduğunu əlavə edib.
скачать dle 12.1