Bia.Az

"Müharibə başlayandan 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir" - Avropa Komissiyası

Dünya
 30-11-2022, 12:47     176

Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.


APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib.

O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: 


“Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.скачать dle 12.1