Bia.Az

Əhməd Əhmədov azadlığa çıxıb?

Hadisə
 29-11-2022, 14:49     241

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxıldığı barədə yayılan məlumat təsdiqlənməyib.

Bakı Apellyasiya Məhkəməsindən Axar.az-a bildirilib ki, bununla bağlı hər hansı proses keçirilməyib.

"Əhməd Əhmədovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxıla bilməz", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.

Ötən gün onun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldığı barədə məlumat yayılmışdı.скачать dle 12.1