Bia.Az

Novruzov MN-ə görə Dumaya müraciət edəcək

Siyasət
 29-11-2022, 13:47     216

Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı adıçəkilən ölkənin parlamentinə müraciət göndərəcək.

Axar.az xəbər verir ki, bunu sözügedən komitənin sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, müraciət Rusiya Dumasının Regional məsələlər komitəsinə göndəriləcək.

Digər komitə sədri Ziyafət Əsgərov bu ideyanı dəstəkləyib:

“Rus sülhməramlılar deyirlər ki, bu adlar Rusiya Müdafiə Nazirliyinin xəritəsində belədir. Rusiya dövlət başçısı dəfələrlə bəyanat verib ki, Qarabağ Azərbaycan ərazisidir. Son müharibə zamanı da açıq elan etdi ki, müharibə Azərbaycan ərazisində gedir. O zaman niyə toponimlər Azərbaycanın adlandırdığı kimi verilməməlidir? Hesab edirəm ki, Siyavuş müəllim haqlıdır”.скачать dle 12.1