Bia.Az

"Şaferin Araz qırağında şəkil çəkdirməsi İranda dəyişikliklərin xəbərdarlığıdır"

Siyasət
 29-11-2022, 12:58     185

"Amerikalı iranşunas tarixçi - yazar Brenda Şafferin Azərbaycana gələrək Araz qırağında şəkil çəkdirməsi təbii ki, İranda baş verəcək dəyişikliklərin xəbərdarlığıdır. Bununla Şaffer bizə hazır olmağı və o taydakı soydaşlarımıza sahib çıxmaq mesajını verdi".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb. O, qeyd edib ki, Azərbaycan prezidenti də bacarıqlı diplomat olaraq mesajı anında duydu və ilk bəyanatlarını verdi.
Vasif Əfəndiyev

 Vasif Əfəndiyev“Bəziləri həyəcanla ABŞ-ın məkrli oyun oynadığını və gələcəkdə onlar tərəfindən İranın Türk topaqlarında "Kürdüstan" qurulacağından ehtiyatlanırlar. İraqda baş verən proseslərdə Ərbil və Kərkükdə türkmənlərin sıxışdırılması və azlıqda qalması baş versə də, artıq regionda geosiyasi vəziyyət dəyişib. Türk əsgərinin başına torba keçirilməsi olayları artıq tarixə qovuşdu”,- deyə politoloq əlavə edib. Onun sözlərinə görə, İran, İraq və Türkiyə ərazisində kürd qruplaşmalarının hərbi təcrübəsi olmaları ilə yanaşı, onlar həm də silahlıdırlar.
“Regionun kürd fəalları siyasi hazırlıqlıdırlar. Bu çox təhlükəlidir. Lakin biz artıq varıq və bölgədə bizim iştirakımiz olmadan heç bir dəyişiklik olmayacaq. Biz dedikdə, prezidentin sözü ilə desək "harada Türkiyə varsa, biz də varıq!"” - deyə Vasif Əfəndiyev vurğulayıb.
Politoloq hesab edir ki, İranda baş verən bütün prosesləri nəzarətdə saxlamaqla hazırlıqlı olmaq və zamanı gələrsə beynəlxalq qüvvələrin tərkibində sülhməramlı missiyanı yerinə yetirməliyik.
Brenda Şaffer və nümayəndə heyəti Xudafərin körpüsündə Brenda Şaffer və nümayəndə heyəti Xudafərin körpüsündəXatırladaq ki, bir müddət əvvəl, “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə olublar. Onlara körpünün tarixi və işğaldan azad edilməsi barədə məlumat verilib. Şaffer uzun zamandır ki, bu tarixi körpünü öz gözləri ilə görmək arzusunda olduğunu deyib.скачать dle 12.1