Bia.Az

Putin üçün beynəlxalq tribunal qurulur - "Bu gülüş onu xüsusi tribunala aparmalıdır”

Dünya
 29-11-2022, 00:52     168

“G7 ölkələri ədliyyə nazirlərinin Ukraynada Rusiya hərbçilərinin törətdikləri cinayətlərin araşdırılmasını müzakirə edəcəkləri iclası Kreml diktatoru Vladimir Putin və onun əlaltılarına qarşı tribunal hazırlığını göstərir”.

Bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun fikrincə, ukraynalıların ruslar tərəfindən kütləvi qətlinə görə onların hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qlobal prosesə start verilib.
Podolyak bildirib ki, Rusiya hər yerdə qovulub, Avropa Birliyi tərəfindən təcrid edilib.


“Növbəti mərhələ son dərəcə vacibdir. Bunlar əsas ölkələrin, o cümlədən ABŞ və Böyük Britaniyanın ədliyyə nazirlərinin məsləhətləşmələri ilə bağlıdır. Bu ölkələr Rusiyanın mütləq keçəcəyi mühakimə kürsüsünü müəyyən edəcəklər. Bu zaman isə Putin çıxıb gülür, bundan sonra da “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərini həyata keçirəcəyindən danışır. Bu gülüş onu xüsusi tribunala aparmalıdır”, - Podolyak bildirib.
Ukrayna rəsmisi Putini “Rusiyanı qəddar üsullarla idarə edən çar” adlandırıb: “Şübhəsiz ki, müharibə cinayətkarları cəzalandırılacaq”. /Teleqraf.comскачать dle 12.1