Bia.Az

Dermatoloqlar koronavirusun daha bir simptomunu aşkar ediblər

Gündəm
 9-04-2020, 14:02     326

Dermatoloqlar koronavirusun daha bir simptomunu aşkar ediblərFransalı dermatoloqlar koronavirusun indiyədək qeyd edilməyən daha bir simptomunu aşkar ediblər.

“BFMTV” xəbər verir ki, Dermatoloq və Veneroloqların Milli Sindikatının əməkdaşları koronavirusa yoluxanlarda övrəyə bənzər səpkilər təsbit edib.

Bu simptomu müşahidə edən 400-dən çox mütəxəssis onların bəzi hallarda ağrılı olduğunu bildirib.

Hələ ki bu qırmızı ləkələrin mənşəyini müəyyən etmək mümkün olmayıb. Alimlər hesab edir ki, səpki orqanizmə düşən infeksiya ilə bağlıdır.

Onlar insanları respirator əlamətlər olmadıqda belə dəridə yaranan səpkilərə diqqət yetirməyə çağırıb.скачать dle 12.1