Bia.Az

Lavrovun Belarusa səfəri ləğv edildi

Dünya
 27-11-2022, 15:06     157

Rusiya XİN başçısı Sergey Lavrovun Minskə 27-28 noyabr üçün nəzərdə tutulan səfəri ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“26 noyabrda Belarus XİN rəhbəri Vladimir Makeyin gözlənilmədən vəfatına görə Rusiya və Belarus XİN arasında birgə iclas və Sergey Lavrovun Minskə planlaşdırılan səfəri ləğv edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2012-ci ildən Belarus xarici işlər naziri vəzifəsini daşıyan Makey ötən gün 65 yaşında qəfildən ölüb. Ölümün rəsmi səbəbi açıqlanmayıb, media isə nazirin infarktdan dünyasını dəyişdiyini yazır.скачать dle 12.1