Bia.Az

Üç ölkənin liderləri bir araya gələcək: Nazirlər toplanır

Dünya
 27-11-2022, 14:58     152

Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.
 
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabrda Türkiyədə səfərdə olacaq.
 
Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıqlar da müzakirə olunacaq.скачать dle 12.1