Bia.Az

"SMARTDOM" MMC Yasamalda agaclara QƏNİM KƏSİLİB - ETSN-dən xəbər-ətər yoxdur - VİDEO

Fakt
 21-11-2022, 23:21     552

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 192 , Talıblı 24 a, 26 və 28 saylı binaların həyətində ağaclar kütləvi şəkildə məhv edilir. Qaynarxett.az-ı məlumatlandıran sakinlər bildirir ki, "SMARTDOM" MMC burada təbiətin qəsdinə durub. Bu barədə sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 102 xidmətinə şikayət olunmuş və oradan mütəxəssislər gələrək akt tərtib etmişlər. Bildirmişlər ki, "SMARTDOM" MMC-ni cərimə edəcək, və sakinləri məlumatlandıracaqlar. Az qala bir ay kecməsinə baxmayaraq ETSN-dən xəbər-ətər yoxdur.

İlk dəfə deyil ki, belə hallarla qarşılaşırıq. İnsanların maddi maraqları üstünlük təşkil edir. Ölkəmizdə ekologiyanın məhvinə çox asanlıqla əl atırlar. Hər dəfə vəzifəli şəxslər ifşa olunur, cərimələnir və məsuliyyətə cəlb edilir. Lakin bu sahədə neqativ hadisələr bitmək bilmir. 

Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecəynən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.  

Milyonlarla dəyəri olan obyekt və ya binanın tikintisi üçün ağacları kəsərkən 5-10 min manatlıq gülünc cərimə onları dayandıra bilməz. Hətta buna sevinirlər ki, 10 min verəcəyik, amma 10 milyonluq bina tikəcəyik. Yəni bunun səbəbi cəzasızlıq mühitidir, bəzi hallarda isə cəzanın adekvat olmaması. Fikrimizcə, cərimələr azı 10 dəfə artırılmalıdır. Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalı, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər. Belə bir qayda tətbiq olunmalıdır. 











BİA.az
скачать dle 12.1