Bia.Az

“Mən saatı görəndə heyrətləndim...” – İmran Xanın 2 milyona satdığı saatın alıcısı danışdı

Dünya
 22-11-2022, 01:41     166

Pakistanın keçmiş Baş naziri İmran Xan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ona verdiyi bahalı “Graff” qol saatını 2019-cu ildə 2 milyon dollara (təxminən 280 milyon rupi) satıb.

Bunu “Geo News”a müsahibsəində saatın alıcısı, dubaylı iş adamı Ömər Faruk Zahor deyib: “2019-cu ilin mart ayında İmran Xanın hesabatlılıq və daxili işlər üzrə müşaviri Şahzad Əkbər dedi ki, onda bir neçə saat var və əgər maraqlanırsa, Fərəh Xan Qoqi ilə (İmranın həyat yoldaşı Büşra Bibinin yaxın rəfiqəsi, əsl adı Fərhad Şehzadifir) görüşə bilər. Çünki onun köməyə ehtiyacı var, onun aktiv alıcısı yoxdur”.

Ömər Faruk Zahor Farah Xan Qoqi ilə Dubayda tanış olduğunu deyib və əşyalar nadir və qiymətsiz olduğu üçün dərhal maraqlanıb. F.Xan Qoqi saatı İmran və onun həyat yoldaşının adından satmaq istədiyini vurğulayıb.

İş adamı iddia edib ki, görüş zamanı 4-5 milyon dollar olan saatın qiymətini aşağı salmağa razılaşıb: “Mən saatı görəndə heyrətləndim, çünki o, dünyada çox nadir, sayı məhdud olan saatlardan idi”. Ödəniş edilən kimi o telefonla Şahzad Əkbərə sövdələşmənin başa çatdığını bildirib. Ş.Əkbər Toşaxana hədiyyələrini aldığına görə biznesmenə təşəkkürünü bildirib və bu barədə heç kimə danışmamağı xahiş edib.

Sözügedən hədiyyələrə Məkkə xəritəli GM2751 diaqramlı almaz MasterGraff Tourbillon Minute Repeater saat, 2.12 karat brilyant və yuvarlaqı almaz qol düymələr, 7.20 karat brilyant kişi qızıl üzüyü və qızıl qələm setindən ibarətdir.

Toşaxana 1974-cü ildə yaradılan Pakistan Nazirlər Kabineti Şöbəsinin nəzarəti altında olan hökumətə məxsus departamentdir. Burada parlament üzvləri, nazirlər və nazirliyin katibləri, prezident və baş nazir tərəfindən alınan hədiyyələr saxlanılır. Pakistan Seçki Komissiyası bu yaxınlarda İmran Xanı dövlət hədiyyələrini qanunsuz satdığına və aktivlərini gizlətdiyinə görə növbəti seçkiyə qədər dövlət vəzifəsində işləmək hüququndan məhrum edib. Mövzudan aylarla yayındıqdan sonra Xan sentyabrın 8-də yazılı cavabında etiraf edib ki, Baş nazir olduğu müddətdə aldığı ən azı dörd hədiyyəni satıb.

Ömər Faruk Zahorun müxtəlif maliyyə və digər cinayətlərə görə 2009-10-cu illərdən bəri Norveç, İsveçrə, Türkiyə və Pakistan tərəfindən axtarışda olduğu bildirilir. Həmçinin Lahor Ali Məhkəməsi (LHC) Zahorun adının Çıxış Nəzarət Siyahısına (ECL) salınmasına qərar versə də, o, saxta adlar və atalıq adı altında pasportlarını aldıqdan sonra azyaşlı qızlarını qanunsuz olaraq xaricə aparmaqda ittiham olunur.

Nəvaz Şərifin qızı Məryəm Nəvaz Fərəh Xan Qoqini İmran Xanın dövründə korrupsiyada ittiham edib. O, iddia edib ki, Fərəh dövlət məmurlarını vəzifəyə təyin etmək üçün rüşvət alıb.

Bu arada, şənbə günü video bağlantı vasitəsilə uzun yürüş iştirakçılarına etdiyi müraciətdə İmran Xan ona qarşı yaradılan qol saatı ilə bağlı iddianın arxasında Pakistan Müsəlman Liqasının (PML-N) olduğunu bildirib.скачать dle 12.1