Bia.Az

Ərdoğan MEYDAN OXUDU: “Heç kimdən icazə almırıq - nə Baydendən, nə də Putindən”

Dünya
 21-11-2022, 20:37     165

“Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər:

"Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ bu məsələlərdə bizi tanımalıdır və yəqin tanıyır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hami görəcək”.

Ərdoğan ABŞ-ın terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə saldığını bildirib:

“Biz NATO-da ABŞ ilə bir yerdəyik, amma Amerika minlərlə avadanlığı, silah-sursatı Suriyada yerləşən terror zonasına göndərib. Bu haqda özlərinə də bildirmişəm. Onlara dedim ki, NATO-da bir yerdəyik, iki mühüm müttəfiqiyik. Bizə cənubdan təhlükə gəldiyi vaxtda buradakı terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə salırsınız. Lazım gələrsə, onlara cavab verməli olacağıq. Belə məqamlarda nə lazımdırsa, etmişik, edirik və edəcəyik. Biz bu cür məsələlərdə heç vaxt güzəştə gedə bilmərik, belə güzəştlər ölkəmiz üçün problemdir”.скачать dle 12.1