Bia.Az

Partiya qanunu: layihə yenilənib

Siyasət
 21-11-2022, 12:44     160

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantını dərc edib.

İlkin layihə sentyabrın 7-də təqdim olunmuşdu.

Yenilənən layihəyə görə, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir, qurumun qərargahı Azərbaycan Respublikasında yerləşməlidir.

Siyasi partiyanı Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis edir. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir.

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.

Novator.az bildirir ki, indi qüvvədə olan qanun 1992-ci il iyunun 3-də qəbul edilib. Ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

Partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.скачать dle 12.1