Bia.Az

Vilayəti: Hər bir iranlı azərbaycanlıdır - mən də…

Cəmiyyət
 21-11-2022, 01:15     173

İran heç vaxt Azərbaycanı işğal etmək və ya Azərbaycana nəzarəti ələ keçirmək niyyətində olmayıb.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.
Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. O, həmçinin İranın Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.

Onun sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb:

“Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Qeyri-İran pasportu olsa da və ya İrandan kənarda yaşasalar da, bu, belədir. Mən də azərbaycanlıyam. Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi, mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlburz dağlarının ətəyindənəm. Mən də digər iranlılar kimi qürurlu İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verərəm”.скачать dle 12.1