Bia.Az

"Alçaqlardan xain hücumların hesabı sorulur" + VİDEO (Yenilənib)

Dünya
 21-11-2022, 01:02     155

Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 19-da başladılan “Pəncə-Qılınc” hava əməliyyatının yeni görüntülərini icmailəşdirib.

“Report” xəbər verir ki, müdafiə qurumu hava zərbələrinin əks olunduğu videonu tviterdə dərc edib.

“Ölkəmizi, millətimizi, sərhədlərimizi təhdid edən terrorçulara məxsus depolar, sığınacaqlar, mağaralar, tunellər, silah-sursat anbarları, qondarma qərargah, təlim düşərgələri belə yerləyeksən edildi!”, - tvitdə qeyd olunub.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə MN tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.
Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.
Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT müqaviləsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb.

***
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraq və Suriyada terrorçuların bazalarına endirilən zərbələr zamanı Suriya hava məkanına daxil olmayıb.

Qeyd olunub ki, “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə həyata keçirilib.
Zərbələr PKK/KCK/YPG və digər terrorist qüvvələrinin sığınacaqlarına, bunkerlərinə, mağaralarına, tunellərinə və anbarlarına endirilib. Əməliyyata artilleriya bölmələri də cəlb olunub.
Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı Suriyada dörd, İraqda isə bir bölgəyə hava zərbələri endirilib.
“Report” xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın Kobani, Tel-Rifat, Derbisiya, Derik və İraqın Şengal bölgəsi Türkiyənin “F-16” qırıcıları və pilotsuz uçuş aparatları ilə vurulub.

Bildirilib ki, əməliyyatda iştirak edən hərbə texnika Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının Diyarbəkirdəki 8-ci əsas reaktiv bazasından havaya qalxıb.

Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatda günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.

***

Türkiyə ordusu Suriyada və İraqda terrorçuların mövqelərini darmadağın edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.
“Terror yuvaları dəqiq zərbələrlə darmadağın edilir”, - Milli Müdafiə Nazirliyinin tviter hesabındakı paylaşımında qeyd edilir.
Milli Müdafiə Nazirliyi həmçinin sosial şəbəkə hesabında "Hesab vaxtıdır! Alçaqlardan xain hücumların hesabı sorulur", - paylaşımını edib.

Paylaşımda Türkiyənin döyüş təyyarəsinin uçuş-enmə zolağından qalxmasının fotosu da yer alıb.
Nazirlikdən əlavə edilib ki, İraq və Suriyanın şimalında terrorçuların Türkiyəyə qarşı hücumları üçün baza kimi istifadə edilən bölgələrdə “Pençe Kılıç” hava əməliyyatı həyata keçirilib. Əməliyyatın keçirilməsində məqsəd PKK/YPG və digər terror qruplaşmalarını, İraq və Suriyanın şimalından Türkiyə xalqına, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı terror hücumlarını zərərsizləşdirmək, sərhədin təhlükəsizliyini təmin etmək, terroru mənbəyində məhv etmək məqsədi daşıyıb.


скачать dle 12.1