Bia.Az

Erməni ekspertlər: “ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması sərf edir”

Dünya
 20-11-2022, 20:19     153

ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və daha sonra burada Rusiya hərbi bazasının qalması mənasız olacaq.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni  politoloq Stepan Danielyan tərəfindən “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda keçirilən konfransdakı müzakirə zamanı səslənib.

“Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında sülhməramlıların Qarabağda qalması məsələsinin gələcəyə saxlanması lazım olduğu deyilir”,-deyə o söyləyib.

Müzakirə iştirakçılarından biri, siyasi elmlər doktoru Artur Xaçikyan ABŞ dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırmasını xatırladıb.

Onun fikrincə, bu, əslində sülh sazişinin Rusiya versiyasına uyğun olaraq deyil, Qərbə sərf edən variantda  imzalanmasına çağırışdır.скачать dle 12.1