Bia.Az

Azərbaycanda bu vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü - 22 yaşlı xanımı öldü

Hadisə
 18-11-2022, 13:48     225

Şamaxıda ağır yol qəzası baş verib.

 Qafqazinfo xəbər verir kihadisə noyabrın 16-da saat 20:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.
Azərişığ”ın vəzifəli əməkdaşı, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlunun idarə etdiyi "Chevrolet Cruzemarkalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıbNəticədə sürücü, avtomobildə olan sərnişinlərsürücünün həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı və 2020-ci il təvəllüdlü oğlu ağır xəsarətlər alıblarXəstəxanaya yerləşdirilən 22 yaşlı Suğra Əkbərli bir neçə saat sonra dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, İsmayıllı rayon sakini olan Ekbərli son günlərədəkAzərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıbObir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıbHadisə də vəzifəli şəxs ailəsi ilə birgə Bakıya gələrkən baş verib.
Faktla bağlı araşdırma aparılır.

***

Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri - həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qadın xəstəxanada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1