Bia.Az

AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR/ ÖZƏL

Cəmiyyət
 15-11-2022, 19:53     189

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

Bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib.
 
Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq.

Son illər Cahangir Əsgərovun  AZAL-dakı oğurluqlar hesabına əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub./Gununsesi.infoскачать dle 12.1