Bia.Az

Rusiyadan ETİRAF: “Əgər Ukrayna ordusu Berdyanska çatsa...”

Dünya
 15-11-2022, 19:48     152

Ukrayna ordusu Berdyansk vilayətində Azov dənizinə daxil olarsa, işğal olunmuş Krım və Rusiya bölmələrinin təchizat xətləri təhlükə altında olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu etiraf Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş hissəsində Rusiyanın tərəfinə keçən nümayəndəsi (kollaborant) Vladimir Roqovdan gəlib.

"Berdyanska çıxış nəinki Krıma gedən quru dəhlizini nəzarət altına almağa, həmçinin "böyük "Rusiyadan" Donbass, Zaporojye və Xerson vilayətlərinə keçən yolu kəsməyə və bağlamağa imkan verir. Bununla Rusiyanın Xerson bölgəsindəki birliklərinin sursatla, əhalinin isə ərzaq, dərman, yanacaq və sürtkü materialları ilə təmin olunması dayana bilər. Bundan başqa Ukrayna Silqhlı qüvvələri bütün Krımı atəş altında saxlamaq imkanını qazanır. Krım, o cümlədən Krım körpüsü Qərbin Ukraynaya verdiyi uzun mənzilli sistemlərləzərbəsi altında qalacaq, bu da yarımadanı yaşayış üçün yararsız edəcək”, - deyə, o bildirib.

Roqov Noyabrın 13-də rusların Xersondan geri çəkilməsi fonunda bir və ya iki həftə ərzində 40.000-ə qədər Ukryana hərbçisinin Zaporojye istiqamətinə irəliləməsinin gözlənildiyini ki, bunun da Rusiya ordusunun vəziyyətini daha da ağırlaşdıracağını iddia edib.скачать dle 12.1