Bia.Az

Ağdamlı köçkünlər ÇARƏSİZ DURUMDA - "Verilən sözlər bura gəlib çatmır..."

Fakt
 15-11-2022, 11:43     206

Onlarla ağdamlı məcburi köçkün Bərdənin Zümürxan kəndində məskunlaşıb. Onlar Pioner düşərgəsində yaşayırlar. 30 ildir bu binalarda qaz üzünə də həsrətdirlər.

Köçkünlər dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, lakin müsbət nəticə hələ də yoxdur. Ən yaxın qaz xətti isə düşərgənin 50 metrliyindədir.

Azəriqaz İB-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, düşərgənin sahibi ASAN kommunala müraciət etməlidir. Yalnız bundan sonra düşərgəyə qaz xətti çəkilə bilər.

Düşərgənin sahibini köçkünlər tanımır. Amma bir müddət də qazsız yaşamağa məcburdurlar.



скачать dle 12.1